Xəbərlər
65 illik yübiley

65 illik yübiley
54 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi, ilk həmkarlar təşkilatının sədri Qafarova Afərim Tofiq qızının 65 illik yubileyi münasibətilə görüş keçirilmişdir.
Məktəbəqədər təhsil sahəsində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətinə, gənc nəslin tərbiyəsinə verdiyi töhfələrə, həmkarlar təşkilatının işində fəal iştirakına və kollektivdə qazandığı hörmətə görə Afərim müəlliməyə təşəkkürümüzü bildiririk.
65 illik yubileyi münasibətilə Qafarova Afərim Tofiq qızı təşəkkürnamə, gül dəstəsi və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
ETİHİ Sumqayıt Şəhər Komitəsi olaraq Afərim müəlliməni yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayırıq!
50 illik ömür və zəngin fəaliyyət yolu

50 illik ömür və zəngin fəaliyyət yolu
Bu gün Sumqayıt şəhər Xüsusi ümumtəhsil məktəbinin direktoru Arzu Alızadənin 50 illik yubileyi münasibətilə məktəbdə yubiley tədbiri keçirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Elşad Novruzov və Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt sektorunun müdiri İman Ağayev Arzu xanımı təbrik edərək ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Görüş zamanı Elşad Novruzov tərəfindən Arzu Alızadəyə Həmkarlar İttifaqının Təşəkkürnaməsi və qiymətli hədiyəsi təqdim olunub.
50 illik yubiley münasibətilə Arzu xanımı bir daha ürəkdən təbrik edir, uzun illər ərzində təhsil sahəsinə verdiyi töhfələrin, fədakar əməyinin və rəhbərlik etdiyi kollektivə göstərdiyi diqqət və qayğının bundan sonra da davam etməsini arzulayırıq!
İlk həmkarlar təşkilatlarının sədrləri ilə “Nazlı Bulaq”da xoş istirahət günü

İlk həmkarlar təşkilatlarının sədrləri ilə “Nazlı Bulaq”da xoş istirahət günü
Yeni tədris ilinin başlanması ərəfəsində ETİHİ Sumqayıt Şəhər Komitəsi tərəfindən ilk həmkarlar təşkilatlarının sədrləri üçün “Nazlı Bulaq” İstirahət Mərkəzinə birgünlük səfər təşkil olunub.
Səfərin əsas məqsədi həmkarlarımızın gündəlik iş qayğılarından uzaqlaşaraq təbiətin gözəl mənzərələri qoynunda dincəlməsinə, asudə vaxtlarını maraqlı və səmərəli şəkildə keçirməsinə, eyni zamanda kollektiv ruhun və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə imkan yaratmaq olub.
Xoş atmosferdə keçən gün ərzində iştirakçılar səmimi söhbətlər edib, əyləncəli anlar yaşayıb və zəngin təəssüratlarla dolu bir gün keçiriblər. Belə tədbirlər həmkarlar arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə və yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başlanılmasına mühüm töhfə verir.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
31 nömrəli məktəbin kollektivinin bir günlük gəzintisi

31 nömrəli məktəbin kollektivinin bir günlük gəzintisi
Y.Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi 3 iyul 2026-cı il tarixində İsmayıllı rayonunda bir günlük gəzintidə olublar.
Gəzinti zamanı məktəb kollektivi asudə vaxtını səmərəli keçirib, təbiətin gözəlliklərindən zövq alıb və birlikdə xoş, yaddaqalan anlar yaşayıb.
Belə bir günlük gəzintilər kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin möhkəmlənməsinə, asudə vaxtın səmərəli təşkilinə və xoş əhval-ruhiyyənin yaranmasına xidmət edir.
5 nömrəli məktəbin ittifaq üzvlərinin Lerikə bir günlük gəzintisi

5 nömrəli məktəbin ittifaq üzvlərinin Lerikə bir günlük gəzintisi
Sumqayıt şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri Lerik rayonunda bir günlük gəzintidə olublar.
Gəzinti zamanı ittifaq üzvləri Lerikin zəngin təbiəti, dağ mənzərələri və özünəməxsus gözəllikləri ilə tanış olub, təmiz dağ havasında xoş və yaddaqalan anlar yaşayıblar.
Təbiətin qoynunda keçirilən bu istirahət günü həmkarların gündəlik iş qayğılarından uzaqlaşaraq birlikdə xoş vaxt keçirməsinə, ünsiyyət və həmrəyliyin daha da möhkəmlənməsinə imkan yaradıb.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Qax rayonuna bir günlük səfəri

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Qax rayonuna bir günlük səfəri
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ittifaq üzvləri üçün Qax rayonuna bir günlük gəzinti təşkil edilib.
Səfər çərçivəsində iştirakçılar Qaxın özünəməxsus təbiətini və gözəl mənzərələrini yaxından görüb, həmkarları ilə birlikdə maraqlı və xoş anlar yaşayıblar. Gəzinti iş mühitindən kənarda həm istirahət etmək, həm də kollektiv münasibətləri daha da möhkəmləndirmək baxımından səmərəli keçib.
Təbiətin qoynunda keçirilən bu cür birgünlük səfərlər ittifaq üzvlərinə həm mənəvi rahatlıq, həm də yeni təəssüratlar qazandırır.
7 nömrəli məktəbin ittifaq üzvlərinin Şuşaya bir günlük gəzintisi

7 nömrəli məktəbin ittifaq üzvlərinin Şuşaya bir günlük gəzintisi
Sumqayıt şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi 21 iyun 2026-cı il tarixində Şuşa şəhərinə bir günlük gəzinti təşkil edib.
Gəzinti zamanı məktəb kollektivi Şuşanın tarixi və mədəni məkanlarını ziyarət edib, şəhərin əsrarəngiz təbiəti və gözəl mənzərələri ilə tanış olub. Kollektiv üzvləri, xüsusilə Şuşanın möhtəşəm təbiəti ilə seçilən Cıdır düzündə olaraq xoş və yaddaqalan anlar yaşayıblar.
Şuşa gəzintisi kollektiv üçün yalnız istirahət deyil, həm də xalqımızın zəngin tarixinə, milli-mədəni irsinə və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram baxımından xüsusi əhəmiyyət daşıyıb.
Bu cür bir günlük gəzintilər kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkilinə, həmkarlar arasında ünsiyyətin və həmrəyliyin möhkəmlənməsinə, eyni zamanda Azərbaycanın tarixi və mədəni irsinin daha yaxından tanınmasına xidmət edir.
Yarış qalibləri mükafatlandırırldı

Yarış qalibləri mükafatlandırırldı
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin təşkilatçılığı ilə ETİHİ Sumqayıt şəhər komitəsinin ilk təşkilatları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı keçirilmişdir. Yarış 2026-cı il 17–19 may tarixlərində Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda komandalar yüksək hazırlıq səviyyəsi və əzmkarlıq nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıblar.
Kişilərdən ibarət olan komandalar arasında:
- I yer – Sumqayıt şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbi;
- II yer – Sumqayıt şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi;
- III yer – Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi.
Qadınlardan ibarət olan komandalar arasında:
- I yer – Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbi;
- II yer – Sumqayıt şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi;
- III yer – Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbi.
Tədbirin sonunda ETİHİ Sumqayıt Şəhər Komitəsinin sədri Elşad Novruzov çıxış edərək qalib komandaları və yarışın bütün iştirakçılarını təbrik edib. O, bu cür idman yarışlarının təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsində və idmana marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb, qaliblərə gələcək fəaliyyətlərində və yarışlarda yeni uğurlar arzulayıb.
Qalib komandaları bir daha təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq.
Yarışın yekununda qalib komandalar medal, fəxri fərman və pul mükafatı ilə təltif olunublar.
33 nömrəli məktəbdə yubiley

33 nömrəli məktəbdə yubiley
33 nömrəli tam orta ümumtəhsil məktəbinin pedaqoqu Camalova Solmaz Şirin qızının 65 illik yubileyi münasibətilə səmimi görüş keçirilmişdir.
Tədbirdə çıxış edənlər Solmaz müəllimənin uzunillik pedaqoji fəaliyyətini, təhsil sahəsindəki xidmətlərini və gənc nəslin yetişdirilməsində göstərdiyi əməyi yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, o, peşəkarlığı, kollektivdə qazandığı hörmət və şagirdlərə göstərdiyi diqqət ilə hər zaman seçilən müəllimlərdən olmuşdur.
ETİHİ Sumqayıt Şəhər Komitəsi tərəfindən yubilyar təşəkkürnamə, qiymətli hədiyyə və gül dəstəsi ilə təltif olunmuşdur.
Camalova Solmaz Şirin qızına möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


