“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi şəhər üzrə fəaliyyət göstərən bütün təhsil müəssisələrində çalışan müəllimlərin və təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsini, sosial təminatının gücləndirilməsini özünün əsas vəzifəsi hesab edir.


Komitə əmək münasibətlərinin düzgün qurulması, üzvlərin sosial-iqtisadi maraqlarının qorunması, təhlükəsiz və sağlam iş mühitinin yaradılması, həmçinin maarifləndirici, mədəni və ictimai tədbirlərin təşkili ilə bağlı mütəmadi işlər aparır.

Şəhər Komitəsi struktur baxımından ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir, üzvlərin hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması və həmrəylik prinsiplərinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır.


Bundan başqa, üzvlərin asudə vaxtlarının səmərəli təşkili, sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi, gənc kadrların və həssas qrupların dəstəklənməsi də Komitənin fəaliyyətinin əsas istiqamətlərindəndir.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi daim üzvləri ilə birgə fəaliyyət göstərərək həmrəylik, sosial ədalət və qarşılıqlı etimad prinsiplərinə əsaslanır.

icon

Komitənin struktur genişliyi və üzv sayı

Sumqayıt Şəhər Komitəsi, şəhər üzrə fəaliyyət göstərən 114 ilk həmkarlar ittifaqı təşkilatını və 8431 ittifaq üzvünü özündə birləşdirir.

Sumqayıt Şəhər Komitəsinin fəaliyyət istiqamətləri: